“Whatsapp” SMS-i üstələyib

  30 Aprel 2013    Oxunub : 504
“Whatsapp” SMS-i üstələyib
Smartfon telefonlar üçün yaradılan mesajlaşma proqramları ilə yazılan mesajların sayı ilk dəfə SMS-i keçib
AzVision.az xəbər verir ki, aparılan araşdırmaya görə, 2012-ci ildə Whatsapp və bunun kimi proqramlarla gündə 19 milyard mesaj yazılıb. SMS mesajların sayı isə 17,6 milyard olub. Araşdırmaya görə, 2014-cü ildə bu proqramlarla atılan mesajların sayı gündə 50 milyarı keçəcək.

“Facebook”a arxa çevirdilər

Sosial mediada geniş şəkildə yayılan İnstagram və Path kimi yeni prorqmlar Facebbok üçün böyük narahatlıqlar yaradır. “Guardian”ın xəbərinə görə, Facebook son bir neçə ayda milyonlarla istifadəçisi ititb. Təkcə keçən ay 6 milyon ABŞ vətəndaşı, İlgiltərədə isə 1,4 milyon istifadəçi “Facebook”u bağlayıb. Facebook şirkətinin keçmiş əməkdaşı olan Dave Morin tərəfindən yaraılan Path isə həftədə 1 milyona yaxın istifadəçi toplaya bilir.

Teqlər: