Müğənni həbs xəbərindən danışdı

Müğənni həbs xəbərindən danışdı
  24 Sentyabr 2014    Oxunub:2207
“Şadan” qrupunun rəhbəri İntizar ilk dəfə “Düzünü desək” verilişində həbs xəbərindən danışıb
AzVision.az gecce.az-a istinadən xəbər verir ki, sənətçi həbs xəbəri haqqında bunları deyib:

“Aprel ayının 5-də bizi Belarusiyaya dəvət etdilər.Mart ayının 28-i Tblisidən Minskə uçdum. Orada hansı tədbirdə dəvət etmişdilər iştirak etdim. Oradan çıxıb digər banketə iştirak etməyə gedəndə yolda bizi saxladılar. Mən Gürcüstan vətəndaşı olduqum üçün, Rusiyaya yalnız “viza” ilə gedə bilərdim. Bizi digər banket üçün Rusiyaya apardıqlarından xəbərsiz idim.Yolda bizi saxlayıb yoxladılar. Bizi dinləmədən “Milli Təhlükəsizlik Nazirliyinə” apardılar. Ora bizi dəvət edənlər də yanımızda idi.1 milyon rus pulu verdikdən sonra, azad olundum. Amma iki ay müddətində Rusiyanı tərk etməyə icazə verilmirdi. Məhkəmə günü deyəndə ki,azadsız,sevincdən gözlərim doldu”.


Teqlər:





Xəbər lenti