Bakıda pulsuz musiqi festivalı

Bakıda pulsuz musiqi festivalı
  19 Sentyabr 2014    Oxunub:2014
Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçirilir.
AzVision.az xəbər verir ki, 18-28 sentyabr tarixlərində davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyi , Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Giriş sərbəstdir.

Sentyabrın 19-u saat 16:00-da Bakı Musiqi Akademiyasının Böyük zalında Jalə Rəsulova və Fərid Feyzullayev çıxış edəcəklər.

Proqram :

1. İ.Brams Violin və Piano üçün Sonata no.3,op.108

2. R. Şuman Violonçel və Piano üçün "Fantastik Pyeslər" op.73

3.L.V.Bethoven "Archduke" Piano Triosu,op.97.


Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti