Fransızlar muğamımızı dinləyir

Fransızlar muğamımızı dinləyir
  27 Aprel 2013    Oxunub:1455
Fransada “Azərbaycan günləri” keçirilir
Fransada "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri" keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən layihə Bordo şəhərində təşkil olunub.

Bununla əlaqədar Azərbaycanın Fransadakı səfirliyi tərəfindən yerli radioda Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi, Şərq ilə Qərb arasında körpü rolu oynaması, qədim tarixi və zəngin mədəniyyəti, Bordoda təşkil olunan sərgi və konsert, habelə xalqımıza məxsus muğam, onun UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi barədə vaxtaşırı məlumatlar səsləndirilir.

Qeyd edək ki, “Azərbaycan günləri” aprelin 29-dək davam edəcək.



Teqlər:  





Xəbər lenti