“Real Madrid”i Ançelotti çalışdıracaq

“Real Madrid”i Ançelotti  çalışdıracaq
  27 Aprel 2013    Oxunub:1321
“PSJ”nin təcrübəli baş məşqçisi Karlo Ançelotti yay aylarından etibarən kral klubuna başçılıq edəcək.
“Sport Mediaset”in məlumatına görə, italyan mütəxəssis artıq “Real Madrid” rəhbərliyi ilə razılığa gəlib və komanda ilə işləmək istəyir. Ançelottinin mərkəz müdafiəçisi Tiaqo Silvanı da özü ilə İspaniyaya gətirəcəyi istisna edilmir.

Bir həftə öncə də Ançelottinin Paris klubunun rəhbəri Naser əl Xəlifə ilə görüşdüyü və klubdan ayrılmaq istəyini açıqladığı ilə bağlı məlumatlar yayılmışdı.

Xatırladaq ki, italyan mütəxəssis 2012-ci ilin yanvarında “Paris Sen Jermen”nin baş məşqçisidir.



Teqlər:





Xəbər lenti