Azərbaycan musiqisi Fransada

Azərbaycan musiqisi Fransada
  07 Sentyabr 2014    Oxunub:1299
Fransanın Ruan şəhərində 17-ci Beynəlxalq Türk Dilləri qurultayı keçirilib.

Qurultayı açan təşkilat komitəsinin sədri, Ruan Universitetinin professoru Mehmet Əli Əkinçi iştirakçıları salamlayaraq, tədbirə dəstək verən təşkilatlara, o cümlədən Azərbaycanın Fransadakı səfirliyinə təşəkkür edib.

Qurultay çərçivəsində konsert təşkil edilib. Konsertdən öncə fransız bəstəkarı, Xocalı soyqırımına həsr edilmiş “Xocalı 613” əsərinin müəllifi Pyer Tilua çıxış edərək, Azərbaycan mədəniyyəti və musiqisi barədə fikirlərini bölüşüb.

Sonra Azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva fransız musiqiçilərinin müşayiəti ilə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin əsərlərini, fransız bəstəkarının “Xocalı 613” əsərini, həmçinin digər xarici bəstəkarların yaradıcılığından nümunələr səsləndirib.

Qurultay zamanı iştirakçılara Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan mədəniyyətinə aid kitab və broşürlər paylanıb.


Teqlər:





Xəbər lenti