Azərbaycan təmsilçisi Kiyev təəssüratlarını bölüşərkən deyib: "Biz Mariinsk parkında seqveylə gəzintiyə çıxdıq. Köhnə dostlar kimi şənləndik. Zlata əla qızdır, güclüdür və istedadlı artistdir. Onun "Gravity" mahnısı lap nağıla oxşayır".
Seqveydə improvizasiya yarışına çıxan artistlər Mariinsk Yay Estrada parkını başdan-başa gəzməyə və öz müsabiqə mahnılarından bir-birinə fraqmentlər nümayiş etdirmək imkanını əldən verməyiblər.
Zlata Oqneviç görüş haqqında belə deyib: "Bu il Azərbaycandan əsl od gəlir. Fərid çox emosional insandır. Od ürəkli müğənnidir. Onun "Hold me" mahnısı çox təsirləndirici və ilk andan yadda qalan mahnıdır. Mən Fəridə Eurovision tamaşaçıları qarşısında özünün kövrək qəlbini, inanılmaz vokal potensialını nümayiş etdirməyi arzulayıram".
Fərid və Zlata bir-birinə hədiyyələr bağışlayıblar. Zlata Fəridə Ukrayna motivləri olan panno, Fərid isə Zlataya canlı kəpənəklər bağışlayıb. Onlar kəpənəkləri birlikdə parka buraxıblar.