`İmperator`un kanalını bağladılar

`İmperator`un kanalını bağladılar
  05 Sentyabr 2014    Oxunub:2302
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsə məxsus olan “Tatlısəs” TV-nin yayımı dayandırılıb.
AzVision.az xəbər verir ki, kanalın borca görə yayımının dayandırılmasına müğənni etiraz edib.

“"Tatlıses”in yayımı kəsilib. Qolumu kəssəydiniz canım bu qədər ağrımazdı. Cənab nazirə səsləndim, amma boşuna imiş. 11 ildir o kanalı necə ayaqda saxladığımızı bir Allah bilir, bir də işçilər. Xalqın dilini kəsdiniz. Kanalın dayandırılması utancvericidir. Cənab nazir sizə yalvarmıram, amma… Eyni zamanda borcunu ödəməyən o qədər kanal var ki…”,-deyə müğənni sərt sözlər deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti