Məmmədyarovun səfərinə İsraildə necə baxırlar?

Məmmədyarovun səfərinə İsraildə necə baxırlar?
  25 Aprel 2013    Oxunub:1881
Yüksək rütbəli İsrail rəsmisi iki ölkə arasındakı münasibətləri “praqmatik diplomatiya” terminilə müəyyən edib.
Artıq 90-cı illərdə diplomatik əlaqələrin qurulmasına rəğmən Bakı yəhudi dövlətinə daimi səfir təyin etmək qərarını qəbul edə bilməyib.

2009-cu ildə xarici işlər naziri vəzifəsinə əslən sabiq sovetlərdən olan Aviqdor Libermanın təyin edilməsindən sonra bu məsələ bir neçə dəfə qaldırılıb.

Bakının cavabını bir cümlə ilə ifadə etmək olar: “bu çox həssas problemdir ki, onun çözümünə regional durum kontekstində baxmaq lazımdır”.

Bu fakt İsrail rəhbərliyinin diqqətindən yayınmayıb. Bakının İsrailə səfir göndərəcəyi ümidini 2011-ci ildə prezident Şimon Peres bölüşüb.

Adının çəkilməsini istəməyən yüksək rütbəli İsrail rəsmisi səfirin təyin olunmamasını yaxşı iqtisadi əlaqələrə malik ölkələrin münasibətlərində yeganə mənfi amil adlandırıb.
Elmar Məmmədyarovun Yerusəlimə səfərindən yalnız praktiki deyil, psixoloji effekt də gözləyirlər.

Anti-İran zənciri

2008-ci ildə ABŞ vitse-prezidenti Dick Cheney-nin Azərbaycana səfərindən sonra İsraildə Bakıya ciddi yanaşmağa başladılar. Azərbaycan gələcək anti-iran zəncirinin artıq önəmli halqası kimi görülürdü.

İsrail KİV-lərində Azərbaycanın adı tez-tez "Ayətullah rejiminə zərbədə əlverişli partnyor" kimi qeyd olunur.

2010-cu ilin 31 mayında Qəzza sektorunun sahillərindəki türk donanması ilə bağlı insidentə görə Türkiyə ilə əlaqələrin kəskin şəkildə pisləşməsindən sonra isə Yerusəlim qarışıq regionda Azərbaycanı artıq yeganə müttəfiq kimi görməyə başlayıb.
Son 3 il ərzində İsraillə Azərbaycan arasında ticarət mübadiləsinin həcmi əhəmiyyətli şəkildə artıb.

İsrail Azərbaycandan bütün idxalının 20 faizini təşkil edən neft alışını getdikcə artırmaqdadır.

Öz növbəsində İsrailin Müdafiə Nazirliyi hərbi-sənaye kompleksini təmsil edən şirkətlərin maraqlarının lobbiçiliyini aparır.

İri İsrail şirkətlərilə ( “Hərbi sənaye”, Aviasiya sənayesi”) sazişlərin imzalanması ölkələr arasında diplomatik səviyyədə əldə olunan təminatlar sayəsində mümkün olub.

Bakı fəal şəkildə pilotsuz İsrail təyyarələrini alır, İsrail şirkətləri isə dəfələrlə Azərbaycan ordusunun müasirləşdirilməsi üzrə müsabiqələrin qalibi olublar.
İsraildə görüşlər

Artıq bazar günü Elmar Məmmədyarovun sabiq xarici işlər naziri, hazırda xarici münasibətlər və müdafiə üzrə parlament komissiyasının rəhbəri Aviqdor Libermanla görüşəcəyi gözlənilir.
Ertəsi gün isə azərbaycanlı qonaq baş nazir Netanyahu və prezident Pereslə görüşəcək.

İsrailin Müdafiə Nazirliyində Məmmədyarovun bu idarənin rəhbəri, keçmişdə İsrail Ordusu Baş Qərargahının rəisi Moşe (Buqi) Yaalonla görüş ehtimalının araşdırıldığını qeyd ediblər.
Yaxın Şərqə səfərlə gələn ABŞ müdafiə naziri Chuck Hagel-in Yaalonla işçi görüşünün aprelin 22-ə təyin olunduğu bildirilir.
Yerusəlimdə deyirlər ki, yüksək rütbəli Bakı qonağını narazı salacaq yeganə məqam 1915-ci il hadisələrinin İsrail tərəfindən erməni soyqırımı kimi tanınması məsələsi ola bilər.

Məmmədyarovla görüşü planlaşdırılan, İsrailin xarici işlər naziri Zeev Elkin də daxil olmaqla bır sıra yüksək rütbəli İsrail siyasətçiləri erməni faciəsinin soyqırım kimi tanınmasında israrlıdırlar.

Bununla yanaşı Aviqdor Liberman və Benyamin Netanyahu dəfələrlə deyiblər ki, Azərbaycanla inkişaf edən əlaqələri pozmamaq naminə Knessetdə müvafiq qətnamənin qəbuluna yol verməyəcəklər.

Yevgeni Sova


Teqlər:  





Xəbər lenti