İrana qarşı əməliyyat 7 saat davam edib │ VİDEO

   İrana qarşı əməliyyat 7 saat davam edib    │ VİDEO
  15 İyul 2026    Oxunub:359
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı və İranın sahil əraziləri yaxınlığında yerləşən onlarla hərbi hədəfə zərbələr endirib.
Tramp: "İranın elektrik stansiyalarını vuracağıq"
ABŞ-nin qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi dəniz qüvvələri yeddi saat davam edən əməliyyat zamanı İranın raket və pilotsuz uçuş aparatları infrastrukturu, dəniz qüvvələrinə məxsus obyektlər və sahil müdafiə sistemlərinə yüksək dəqiqlikli sursatlarla zərbələr endirib.

Əməliyyat nəticəsində İranın kommersiya gəmiçiliyinə və mülki heyətə təhdid yaratmaq imkanları daha da zəiflədilib.

“Bu hücumlar ABŞ qüvvələrinin #İran limanlarına və sahil ərazilərinə hərəkət edən gəmilərə qarşı dəniz blokadasını bərpa etdiyi gün həyata keçirilib”, – deyə açıqlamada vurğulanıb.




Teqlər: ABŞ   İran   CENTCOM  



Xəbər lenti