Abel Məhərrəmov yeni təhsil nazirindən danışdı

  24 Aprel 2013    Oxunub : 497
Abel Məhərrəmov yeni təhsil nazirindən danışdı
“Onunla birgə işləməmişəm, ancaq Bakı Dövlət Universitetinin məzunudur və universiteti yaxşı nəticələrlə bitirib”
Bu sözləri AzVision.az-a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. Rektor bildirib ki, təhsil naziri Mikayıl Cabbarov təcrübəli insandır.

“Ölkə prezidentinin sərəncamı ilə təyin olunan hər şəxs haqqında düşünülmüş qərar qəbul edilib. Amerikada və burada təhsil alıb, dünyagörüşlü insandır”.

Yeni nazirin gənc olması ilə bağlı verilən suala isə rektor belə cavab verib: “Bəzən gənclər elə radikal adımlar atır, elə böyük islahatlar aparır ki, sonradan adam dediyi sözə də peşman olur. Vaxt keçəcək görəcəyik ki, nəticə necə olacaq. Əminəm ki, Mikayıl Cabbarov təhsilimizə islahatlar gətirə biləcək”.

Sevinc İltifatqızı

Teqlər: