Avroliqada Azərbaycan reklamı - FOTO

Avroliqada Azərbaycan reklamı - FOTO
  15 Fevral 2013    Oxunub:2112
“Land of Fire Azerbaijan” ilk dəfə Avroliqada nümayiş olunub.
“Atletiko” ilə “Bakı” klubu arasında bu yaxınlarda imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, İspaniya təmsilçisi ilk dəfə Avropa Liqasının matçına üzərində “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxıb.
Bu, dünən Avroliqanın 1/16 final mərhələsinin “Rubin”ə qarşı keçirilən birinci oyununda baş verib. “Atletiko” 2014-cü ilin yayına qədər avrokuboklarda keçirəcəyi bütün oyunlarda bu formaları geyinəcək.
Bundan başqa, artıq bir müddət sözügedən formanı azərbaycanlı azarkeşlər İspaniya çempionatının matçlarında da görə bilirlər. Müqavilə yekunlaşana qədər “Atletiko” La Liqada da “Land of Fire Azərbaijan” formasıyla meydana çıxacaq.
Qeyd edək ki, dünən keçirilən “Atletiko” – Rubin” oyunu 0:2 hesabı ilə yekunlaşıb.



Teqlər:  





Xəbər lenti