Turabovun yubileyi - VİDEO

Turabovun yubileyi  - VİDEO
  24 Aprel 2013    Oxunub:1761
Bu gün Azərbaycan səhnəsinin Hamleti, Kefli İsgəndəri, Aydını, Arifi, kinomotorafiyamızın Kəbirlinskisi, Qaçaq Nəbisi, Gəray bəyi Həsənağa Turabovun doğum günüdür.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib.

Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.

Sənətkar 15 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etmiş, ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olmuşdur. Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş məşhur aktyor öz məktəbini yaradıb. Görkəmli sənətkar 2003-cü il fevralın 23-də dünyasını dəyişib.





Teqlər:  





Xəbər lenti