Gəncədə gimnastika üzrə Avropa çempionatı keçiriləcək

Gəncədə gimnastika üzrə Avropa çempionatı keçiriləcək
  11 Oktyabr 2025    Oxunub:1856
Gəncə şəhərində ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Bildirilib ki, qitə yarışında 17 ölkədən gimnastlar qalib adı uğrunda mübarizə aparacaqlar. Noyabrın 9-dan 11-dək yeniyetmələr və 15 yaşadək idmançılar, 14-dən 16-dək isə böyüklər qüvvələrini sınayacaqlar. Çempionat Gəncə İdman Sarayında baş tutacaq.

AzVision.az


Teqlər: idman   gimnastika   çempionat  






Xəbər lenti