“Bu, istənilən halda qadın hüquqlarının pozulmasıdır” - ARAŞDIRMA

“Bu, istənilən halda qadın hüquqlarının pozulmasıdır” - ARAŞDIRMA
  23 Aprel 2013    Oxunub:5415
Bu günlərdə Milli Məclisin iclasında deputat fahişəliyin leqallaşmasını təklif etmişdi.
İnsan cəmiyyətinin və ailə institutunun dayaqlarına, dolayısı ilə genefonda ağır zərbə vuran fahişəlik dünyanın ən köhnə peşəsi olaraq tariximizə düşüb. İnsan övladı dünyaya gəlib inkişaf etdiyi bir vaxtdan fahişəlikdə onunla bərabər inkişaf edib. Tarixə nəzər yetirdikdə qədim Romada və Yunanıstanda fahişəliyin inkişaf etdiyini görmək olar. Belə ki, qədim Yunanıstanda fahişəlik məktəbidə bunun inkişafına böyük təsifr göstərib. Hazırda fahişəliyin yayılması ABŞ, Rusiya və Avropa ölkələrində daha çox müşahidə olunur. Amma ABŞ və Avropa ölkələrinin bir çoxunda fahişəlik leqallaşdırılıb. Dünyanın ən böyük islam ölkəsi olan İranda fahişəliyin şərqsayağı forması- siğə daha çox özünü göstərir. İranda fahişəlik ölüm cəzası ilə cəzalandırıldığından, siğə yolu bu cəzadan yan keçməyin bir yoludur. Hollandiya və Macarıstan kimi ölkələrdə isə fahişəlik rəsmən leqallaşdırılıb. Türkiyədə küçə fahişəliyi qeyri-leqaldır, lakin dövlət fahişəxanaları leqal fəaliyyət göstərir.

Ölkəmizdə fahişəliyin nə zamandan geniş inkişaf etməsinə nəzər saldıqda görmək olar ki, 1996-2002-ci illər ərzində Dubaydan və Türkiyədən fahişəliklə məşğul olan 11 min nəfər Azərbaycan qadını deportasiya olunub. Bu 10 ildən çox bir zamanın statistikası olsa da, bu gündə adı çəkilən ölkələrə gənc qızların daşınması ilə bağlı faktlar ortaya çıxır. Bu yola düşənləri danışdırdıqda onlar problemin kökündə işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar və s. Durduğunu deyir. Bundan başqa fahişəliyin daha çox islam ölkələrində olması da əsas faktlardan biridir.

Bu günlərdə Milli Məclisin iclasında deputatı fahişəliyin leqallaşmasını təklif edib. Belə ki, «İnsan alverinə qarşı mübarizə haqqında» qanuna dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin üzvü bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, bu məsələyə bir az fərqli baxmaq lazımdır.

Bununla bağlı ekspertlərin fikirlərini öyrəndik. İndiki halda ölkəmizdə fahişəliyin leqallaşması mümkündürmü?

Mehriban Zeynalova: «Fahişəliyin leqallaşması istənilən halda qadın hüquqlarının kobud surətdə pozulmasıdır».

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova AzVision.az-a açıqlamasında bildirib ki, Milli Məclisin iclasında müzakirə zamanı Siyavuş Novruzov tərəfindən fahişəliyin leqallaşması təklifinin verilməsi kimi bir fikir bütün medianı, o cümlədən qadın hüquqları sahəsində çalışan tərəfdaşların diqqət mərkəzində dayanıb. M.Zeynalovanın sözlərinə görə, bu fikir Siyavuş Novruzov tərəfindən fahişəliyin leqallaşması deyə səslənməyib.

«Bu məlumatı dəqiqləşdirmək istəyən şəxslər yaxşı olar ki, Milli Məclisin həmin gün keçirilən iclasının stenoqramasına nəzər salsınlar. Əslində məqsədim heç də Siyavuş Novruzovu müdafiə etmək yox, səslənən fikirlərin insanlara dürüst çatdırılması ilə bağlı çağırışdır. O ki, qaldı bir çox insanların fahişəliyin leqallaşması ideyasına dəstək verməsi məni təəssüfləndirir. Çünki Azərbaycanda fahişə sözü iri hərflərlə yazılır və bu söz bir başa diskiriminasiya yaradır. İnsanlar bir-biri ilə düşmənçilik edəndə məhz filnakəs fahişədir deməyi özünə borc bilir. Hesab edirəm ki, leqallaşma istənilən halda qadın hüquuqlarının kobud surətdə pozulmasıdır. 80-90 cı illərdə artıq bu mövzu bir sıra Avropa ölkələrində geniş müzakirə olunub və aparılan tədqiqatlar nəticəsində sübut edə biliblər ki, leqallaşma heç də insan haqlarının müdafiəsini təmin etmir, eləcə də fahişəliyin qarşısını ala bilən ən yaxşı vasitə deyil. Tanınmış ictimai və siyasi liderlərin fahişəliyin geniş yayılmasından narahatlıqlarına yüksək qiymət verirəm. Hesab edirəm ki, fahişəliyin leqallaşması heç də problemdən çıxış yolu deyil. Biz problemin yaranması üçün təsir edən amillərin aradan qaldırılması vasitəsilə problemin qarşısını ala bilərik. Fahişəliklə mübarizə tarixi bir daha sübut edir ki, heç bir radikal addımlar və ya qanuniləşdirmə bu problemin qarşısını almaq iqtidarında deyil. Demək bu təcrübələrə əsaslanaraq başqa addımların atılması, qadınların sosial iqtisadi imkanlarını gücləndirməli və qadınların hüquqlarının müdafiəsini təkmilləşdirməliyik».

İctimai birliyin sədri beynəlxalq təcrübəyə istinadən fahişəliyin leqallaşmasının qeyri mümkünlüyünün 10 əsas səbəbini qısa olaraq təqdim edib.

«Fahişəliyin leqallaşması əleyhinə Beynəlxaq insan alverinə qarşı mübarizə üzrə Koalisiyanın 10 əsas səbəbi. 1.Fahişəliyin leqallaşması və ya qanunliləşdirilməsi sutunyorlar və qadın alveri ilə məşğul olan cinayətkarlar üçün gözəl bir hədiyyədir. 2.Bəzi opanentlər hesab edir ki, leqallaşma fahişəliyin qarşısının alınması üçün ən yaxşı vasitədir halbuki beynəlxlaq təcrübə göstərir ki, leqallaşma fahişəliyin artımı üçün təkanverici amildir. 3.Leqallaşma seks indistriyaya nəzarət etməklə onun əhatəsini genişləndirir. 4.Leqallaşma qanunsuz küçə fahişəliyi üçün imkan yaradır. 5.Seks sənayesinin leqallaşması uşaq fahişəliyinə yol açır. 6.Fahişəliyin leqallaşması qadın hüquqlarının müdafiəsi üçün heç bri imkan yaratmır. 7.Fahişəliyin leqallaşması bu sahəyə marağı artırmaqla, kişilərin qadınları rahat əldə edilməsi üçün geniş imkanlar açır. 8.Leqallaşma qadın sağlamlığının qorunmasına heç bir şərait yartmır. 9.Fahişəliyin leqallaşması qadınlar üçün seçim imkanlarını genişləndirmir. 10.Fahişəliklə məşğul olan qadınlar onun leqallaşmasını arzulamır.Daha ətraflı məlumat almaq istəyənlər isə bu səhifə ilə tanış olsun.https://azvision.az/redirect.php?url=http://action.web.ca/home/catw/readingroom.shtml?x=33646».

Sonda M.Zeynalova qeyd edib ki, Milli Məclisdə müzakirə edilən məsələ “İnsan alverinə qarşı mübarizə” haqqında Qanuna əlavə və dəyişikliklə bağlı olub. «Eləcədə insan alveri cinayətlərinin sərtləşməsinə dair CM əlavə və dəyişikliklərlə bağlı olub. Fahişəliyin leqallaşması məsələsi Milli Məclisin iclasında müzakirə mövzusu olmayıb.Qeyd edilən Qanunlara əlavə və dəyişikliklər İnsan Alverinə qarşı mübarizə idarəsinin ekspertləri tərəfindən hazırlanıb”.

Həkim: «Fahişəliyin leqallaşdırılması çox vacib məsələdir».

Androloq-seksopatoloq Həsən Səmədov AzVision.az-a açıqlamasında bildirib ki, fahişəlik qeyri-qanuni olduğu halda, cinsi yolla keçən ifeksiyanın yoluxması ehtimalı daha çoxdur. Həkimin sözlərinə görə, fahişəlik leqallaşarsa, bu cür xəstəliklərin sayı xeyli azalar:

«Bir çox Avropa ölkələri varki bu ölkələrdə fahişəliyi leqallaşdırıblar. Müəyyən idarələrin tərkibində seks xidməti göstərilir. Bu xidməti göstərənlər qeydiyyatdan keçir və dövlətə vergi verirlər. Sağlamlıq haqqında arayışa əsasən orada xidmət göstərənlər tez-tez yoxlanılır və cinsi yolla keçən xəstəliklərin qarşısı qabaqcadan alınır. Bu cür vəziyyət xəstəliklərin geniş yayılma ehtimalını azaldır. Seks xidməti göstərən həmin qurumlar əksəriyyəti qoruyucudan istifadə edirlər. Amma təsadüfü qeyri-cinsi əlaqədə qoruyucudan istifadə olunmur, oradakılar yoxlanılmır, infeksiyaların yayılması artır və artması ilə bərabər təsadüfü hamilə qalma ehtimalları çoxalır. Buda qeyri-qanuni, evlilikdən kənar doğuşların sayını artırır. İmmun çatışmazlığı və bir sıra xəstliklər gizli olan yerlərdə törənir. Bunun leqallaşdırılması çox vacib bir məsələdir. Belə ki, dövlət tərəfindən və yaxud sonradan yaradılacaq hər hansı bir qurum tərəfindən bu sistemə xüsusi nəzarət olunur. Bundan sonra gizlin yeraltı yerlərdə, evlərdə , barlara və s. öz başına yerlər bu xidməti göstərə bilməyəcəklər. Qeydiyyatdan keçməyənlər isə cəzalandırılacaq»-deyə seksopataloq vurğulayıb.

Elşad Miri: «Zinaya aparan bütün yolların qarşısı alınmalıdır».

Dini ekspert Elşad Miri AzVision.az-a açıqlamasında bildirib ki, müəyyən məsələlərdə Avropaya inteqrasiya etsək də, faktiki olaraq biz şərq insanıyıq. Dini ekspert bildirib ki, bizim Avropadan fərqli olaraq özümüzün mental dəyərlərimiz var.

«Faktiki olaraq Avropa bunlardan bezib, yeni fikir formalaşdırmağa, fərqli bir ideologiya tapmağa çalışdığı halda, bizim özümüzü onlar uyğunlaşdırmağımız gülünc, yüngül ifadə ilə desək absurd bir anlayışdır. İslam dini heç bir zaman qəti olaraq demir ki, zina etməyin. Din ilk növbədə həmin günaha aparan səbəblərin qarşısını almağa çalışır. Ona görə də «Qurani Kərim»də deyilir ki, zinaya yaxınlaşmayın. Bu o deməkdir ki, zinaya aparan bütün yolların qarşısı alınmalıdır. Səslənən məsələ elədir ki, açıq-aşkar belə yerlər olacaq və insanlar rahat öz şəhvətləri ilə bağlı həmin yerlərə gedəcəklər».

E.Miri bildiib ki, Avropada kişilər ayağa qalxıb belə bir şeylər tələb etdiyi zaman, indi də qadınlar eyni şeyi tələb edirlər ki, qadın-kişi bərabərliyi olduğuna görə qadınlara məxsus kişilərin elə işlədiyi yerlər açılsın.

«Yəni bunu nə ilə əlaqələndirmək olar? Bunun əvvəl axırı varmı?. İslam dini olmayanda əvvəldə, Ərəbistan yarmadasında fahişəlik mövcud idi. Bir növ insanlar belə yerlərə gedirdi ki, həmin evlərin bayraqlar var idi. Boş olduğu zaman bayraqlar yuxarı, adam olduğu zaman isə aşağı salınırdı. Sonra dünyaya gələn uşaq olardısa, kişiləri yığardılar, qadın hansını bəyənsəydi deyərdi ki, bu uşaq ondandı. Müasir dövrümüzdə belə şeylərin qarşısını almaq, gənclərimizin daha yaxşı işlər görməsi üçün çalışdığımız bir vaxtda, bu cür fikirlərlə ortaya çıxmaq biabırçılıqdır»-deyə dini ekspert vurğulayıb.

Anar



Teqlər:  





Xəbər lenti