Heydər Əliyev Fondu yeni məktəb binası inşa edib
624 şagird yerlik yeni məktəb binasının inşasına 2024-cü il may ayında başlanılıb. Dördmərtəbəli məktəb binası 4 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Yeni məktəb binasının açılışına ən çox sevinənlər müəllim və şagirdlərdir. 8-ci sinif şagirdi Xumar Təhməzova deyir ki, onun üçün ən sevincli günlərdən biridir: "Əvvəlki məktəb binasında şəraitimiz yaxşı deyildi, qış fəslində sinif otaqları soyuq olurdu. Amma o günlər artıq geridə qaldı. Yeni məktəb binasının açılışı məni çox sevindirir. Sinif otaqları geniş və işıqlıdır, fizika, kimya, kompyüter və digər otaqlarımız var. Həmçinin məktəbimizdə idman zalı və meydança da var. Çalışacağıq ki, dərslərimiz daha yaxşı oxuyaq".
Məktəbin müəllimi Vüqar Hüseynov isə bildirib ki, yeni binanın inşası kollektiv üçün ən böyük həddiyyədir. "Son illər məktəb binası yararsız hala düşmüşdü. Bir neçə dəfə cari təmir olunsa da, bina istismar müddətini başa vurmuşdu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə kəndimizdə müasir məktəb binası tikildi. Bu, biz müəllimləri və şagirdləri çox sevindirir. Məktəb kollektivi və kəndimiz adından Heydər Əliyev fonduna təşəkkürümüzü bildiririk".
Daha sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


