Avtomobilin vurduğu piyada iki gün sonra ölüb

Avtomobilin vurduğu piyada iki gün sonra ölüb
  26 Sentyabr 2025    Oxunub:985
İki gün əvvəl Şəki şəhər ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, qəzada ağır kəllə-beyin xəsarətləri alan piyada reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq qəzada yaralanan Hasil Əsgərov ötən gecə xəstəxanada ölüb. Yol qəzası ilə əlaqədar Şəki Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti