Bahar Muradova BMT-də Serbiya naziri ilə görüşüb
Daha sonra çıxış edən serbiyalı nazir bu il paytaxt Belqradda qadınlar forumu keçirdiklərini deyərək gələn il tədbirin daha geniş miqyasda təşkil olunacağını vurğulayıb və Bahar Muradovanı tədbirə dəvət edib. Tatyana Makura, həmçinin qadınların iqtisadi gücləndirilməsinin ölkəsinin prioritet istilamətlərindən olduğunu deyərək bu sahədə Azərbaycanın uğuru təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını dilə gətirib, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Bahar Muradova qadınların iqtisadi və siyasi cəhətdən gücləndirilməsi yolu ilə həyatlarının və rifahlarının yaxşılaşdırılması ilə bağlı Serbiya tərəfinin fikirlərini yüksək dəyərləndirib və bu istiqamətdə birgə fəaliyyətin məqsədlərinin üst-üstə düşdüyünü vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


