Şair Əlisəmid Kürün vəziyyəti açıqlanıb

Şair Əlisəmid Kürün vəziyyəti açıqlanıb
  20 Sentyabr 2025    Oxunub:1088
Şair Əlisəmid Kürün (Cəfərli) müalicəsi Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
TƏBİB-dən AzVision.az -a bildirilib ki, qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin edilən pasiyentin vəziyyəti ağır stabildir. Aparılan müayinələrin nəticələrinə əsasən müsbət dinamika müşahidə olunur.

Əlisəmid Kürün səhhəti sentyabrın 15-i pisləşib, o, Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda şairin müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilir.

AzVision.az


Teqlər: TƏBİB  



Xəbər lenti