Bakıda iki yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda iki yolda hərəkət məhdudlaşdırılacaq
  19 Sentyabr 2025    Oxunub:1241
Bakıda iki yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli olaraq məhdudlaşdırılacaq .
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 20 sentyabr saat 08:00-dan 21 sentyabr saat 22:00-dək Yasamal rayonunda aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq:

- Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinədək olan hissədə;

- Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə.

Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti