Metronun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır

   Metronun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır
  17 Sentyabr 2025    Oxunub:1007
Bakı metrosu "Formula 1" yarışının keçiriləcəyi günlərdə sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.
AzVision.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Bildirilir ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.


AzVision.az


Teqlər:



Xəbər lenti