Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ötüb

 Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ötüb
  17 Sentyabr 2025    Oxunub:742
2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1375,4 manat təşkil edib.
Bu barədə AzVision.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir. Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manata bərabər olub.

AzVision.az


Teqlər:



Xəbər lenti