Azərbaycanın strateji valyuta ehtiyatları 77 milyard dolları ötüb

   Azərbaycanın strateji valyuta ehtiyatları 77 milyard dolları ötüb
  17 Sentyabr 2025    Oxunub:688
Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard dollar artaraq 77,7 milyard dollara çatıb.
AzVision.az xəbər ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

“Bu, ölkənin maliyyə dayanıqlığını bir daha sübut edir. Ölkənin strateji valyuta aktivlərinin reallaşmış hissəsi 275 milyon dolar azalıb”, - deyə Samir Nəsirov əlavə edib.

Qeyd edək ki, neftin orta qiyməti 70,7 dollar, qazın satış qiyməti isə min kubmetr üzrə 301 dollar olub.


AzVision.az


Teqlər:



Xəbər lenti