Dünya şöhrətli sənətkar vəfat edib
Onun sözlərinə görə, rejissor sentyabrın 16-da səhər Yutadakı evində dünyasını dəyişib. Xanım Berger onun yatarkən öldüyünü bildirsə də, bunun dəqiq səbəbini açıqlamayıb.
Robert Redford daha çox “Prezidentin bütün adamları”, “Kondorun üç günü” və “Butç Kessidi və Sandens Kid” filmlərindəki rolları ilə tanınır.
O, 1981-ci ildə “Adi İnsanlar” adlı debüt filminə görə “Ən yaxşı rejissor” nominasiyasında Oskar mükafatını qazanıb.
2002-ci ildə isə, kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə, dünya şöhrətli sənətkar fəxri “Oskar” mükafatına layiq görülüb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


