Azərbaycan işgüzar turizm imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Azərbaycan işgüzar turizm imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
  16 Sentyabr 2025    Oxunub:870
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun iştirakı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən "Kingdom Business & Luxury Travel Congress" (KBLT) tədbirində Azərbaycanın işgüzar turizm imkanları təqdim olunub.
AzVision.az bu barədə Agentliyə istinadən xəbər verir.

Tədbir çərçivəsində Səudiyyə Ərəbistanının işgüzar tədbirlər, korporativ və lüks səyahət seqmentləri üzrə aparıcı mütəxəssisləri və agentliklərinə Azərbaycanda irimiqyaslı konfransların və yüksək səviyyəli işgüzar tədbirlərin təşkili üçün mövcud infrastruktur və ölkəmizin ümumi turizm potensialı haqqında ətraflı məlumat verilib.

KBLT tədbirində 35 ölkədən 140 şirkət olmaqla, ümumilikdə 200 təmsilçi iştirak edir.

AzVision.az


Teqlər:



Xəbər lenti