Daha iki marşrutun avtobusları yenilənib

Daha iki marşrutun avtobusları yenilənib
  13 Sentyabr 2025    Oxunub:1629
Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli və Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə xətlərə sentyabrın 14-ü və 15-dən yeni avtobuslar istismara veriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AzVision.az -a xəbər veriliib ki, 157 və 503 nömrəli marşrutları yeni avtobuslarla təminatını "BusTrans" MMC və "BakuBus" MMC həyata keçirəcək.

157 nömrəli marşrut üzrə gedişhaqqı 0,50 manat, 503 nömrəli marşrut üzrə isə 0,70 manat təşkil edəcək. Hər iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.

AzVision.az


Teqlər: AYNA  



Xəbər lenti