Məhkumun basdırdığı qumbaralar aşkarlanıb

Məhkumun basdırdığı qumbaralar aşkarlanıb
  11 Sentyabr 2025    Oxunub:1014
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə əməliyyat keçirib.
AzVision.az xəbər verir ki, bu barədə hər iki nazirliyin yaydığı birgə məlumatda bildirilib. Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti