Bakıda mikroavtobus avtomobillə toqquşub I 19 nəfər yaralanıb

   Bakıda mikroavtobus avtomobillə toqquşub     I 19 nəfər yaralanıb
  08 Sentyabr 2025    Oxunub:800
Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən AzVision.az -a bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

"Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir".

Qeyd edək ki, bu gün səhər saatlarında rayonun Qala-Pirallahı yolu ərazisində "Hyundai" markalı avtomobillə "Mercedes" markalı mikroavtobus toqquşub.

AzVision.az


Teqlər:



Xəbər lenti