Füzulidə yanğın törədən şəxs tutulub

Füzulidə yanğın törədən şəxs tutulub
  05 Sentyabr 2025    Oxunub:1013
Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyənləşib. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində, inzibati qanunvericiliyə uyğun olaraq, 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti