Bir sıra rayonda leysan yağıb

Bir sıra rayonda leysan yağıb
  05 Sentyabr 2025    Oxunub:1056
Sentyabrın 5-i saat 10:00 üçün məlumata əsasən, ölkənin bir sıra ərazisində: Qusar (Laza), Daşkəsən, Gədəbəy, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Qusar (Laza), Daşkəsən, Gədəbəy, Sədərək, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dək qeydə alınıb.

Ölkənin bir sıra ərazisində arabir şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib

AzVision.az


Teqlər: hava   leysan  



Xəbər lenti