Ölkədə minaaxtaran qadınların sayı açıqlanıb

Ölkədə minaaxtaran qadınların sayı açıqlanıb
  05 Sentyabr 2025    Oxunub:1162
Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir.
Minatəmizləmə Agentliyindən (ANAMA) AzVision.az -a verilən məlumata əsasən, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar.

2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar ilk olaraq Ağdam rayonu ərazisində, hazırda isə Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər.

AzVision.az


Teqlər: ANAMA  



Xəbər lenti