Metro istifadəçilərinin sayı açıqlanıb

Metro istifadəçilərinin sayı açıqlanıb
  04 Sentyabr 2025    Oxunub:1287
Bu ilin avqust ayında "Bakı Metropoliteni" QSC 15 milyondan çox sərnişinə xidmət göstərib.
Metropolitendən AzVision.az -a verilən məlumata görə, ay üzrə ən çox sərnişin 27 avqustda daşınıb – 574 249 nəfər. Avqustun 3-ü isə 334 073 sərnişinlə ən sakit gün olub.

Ötən ay "Bakı Metropoliteni"nin ən çox "Koroğlu" (1 487 517), "20 Yanvar" (1 230 711) və "28 May" (1 216 263) stansiyalarından istifadə edilib.

AzVision.az


Teqlər: metro  



Xəbər lenti