"Həzi Aslanov" stansiyasında bərpa işlərinin yeni mərhələsi başlayıb

"Həzi Aslanov" stansiyasında bərpa işlərinin yeni mərhələsi başlayıb
  03 Sentyabr 2025    Oxunub:948
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasındakı yenidənqurma işlərində yeni mərhələyə start verilib.
Metropolitendən AzVision.az -a verilən məlumata görə, infrastrukturun müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə stansiyanın dalan yollarında əsaslı təmir işləri aparılır, örtük və divarlar gücləndirilir, köhnə bloklar yeniləri ilə əvəzlənir, antikorroziya və hidroizolyasiya tədbirləri görülür. Təmir prosesində sərnişinlər "Həzi Aslanov–Əhmədli" marşrutu üzrə hərəkət etməyə davam edir.

Məlumata əsasən, metro stansiyasında yenidənqurma işlərinə 2026-cı ildə yekun vurulması planlaşdırılır.

AzVision.az


Teqlər: metro  



Xəbər lenti