Abşeronda qadın qətlə yetirilib, qaynı saxlanılıb

Abşeronda qadın qətlə yetirilib, qaynı saxlanılıb
  02 Sentyabr 2025    Oxunub:529
Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi törədilib.
AzVision.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Payızova Əminə Murtuza qızı aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat edib.

Polisin keçirdiyi tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib. Onun Ə.Payızovanın qaynı olduğu müəyyənləşib.

Hadisənin ailə-məişət mübahisəsi zəminində törədildiyi bildrilir. Araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti