Zəngəzur dəhlizi Çinlə əlaqələrin inkişafına əlavə imkanlar yaradacaq
"Əməkdaşlığımızın digər mühüm sahəsi nəqliyyat kommunikasiyalarıdır. Azərbaycan bizim ərazimizdən keçən və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olan Orta Dəhlizin inkişafında əsas rol oynayır", - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu il Orta Dəhliz üzrə Çin yüklərinin daşınmasının həcmi 40 faizdən çox artaraq onun Avrasiyada ən mühüm nəqliyyat marşrutu kimi əhəmiyyətini gücləndirib.
"Hesab edirik ki, Ermənistan-Azərbaycan sülh prosesi və Zəngəzur dəhlizinin açılması nəqliyyat əlaqələri üçün yeni imkanlar yaradacaq", - deyə o əlavə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


