Ağdam Avtovağzalının və Dəmir Yolu vağzalının özəlliyi nədədir?

Ağdam Avtovağzalının və Dəmir Yolu vağzalının özəlliyi nədədir?
  30 Avqust 2025    Oxunub:1109
Ağdam Avtovağzalının və Dəmir Yolu Vağzalının digər özəlliyi ondan ibarətdir ki, ölkədə ilk dəfə qatar daxili platformaya qəbul olunur.
AzVision.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında belə deyib.

Emil Hüseynov qeyd edib ki, Ağdam Avtovağzal və Dəmir Yolu Vağzalına qatarın daxili, qapalı platformaya daxil olmasının özəlliyi odur ki, ölkədə ilk dəfə məhz burada qapalı perron yaradılıb. Bu isə hava şəraitindən asılı olmayaraq sərnişinlərin istənilən vaxtı vağzalda qəbul edilməsinə şərait yaradacaq.

Xüsusi nümayəndə vurğulayıb ki, artıq Ağdamdan azad olunmuşş digər ərazilərə avtobus reyslərinin açılması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər aparılır.

AzVision.az


Teqlər: Ağdam   vağzallar   özəllik  



Xəbər lenti