Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,2 faiz artıb. 2025-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 753 milyon manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 629 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 120 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1 faizini təşkil edib. Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 8,3 faiz, POS-terminalların sayı 48,7 faiz artıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


