Ukrayna səfirliyində başsağlığı kitabı açılıb

 Ukrayna səfirliyində başsağlığı kitabı açılıb
  29 Avqust 2025    Oxunub:1228
Ukraynanın Azərbaycandakı səfirliyində avqustun 28-nə keçən gecə Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların qurbanlarının xatirəsinə başsağlığı kitabı açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" hesabında yazıb.

"Rusiyanın 4-ü uşaq olmaqla 23 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra avqustun 29-da Kiyev və vilayətdə matəm günü elan edilib. Başsağlığını Ukraynanın Azərbaycandakı səfirliyinin ünvanına göndərmək olar: "[email protected]", - səfir yazıb.


AzVision.az


Teqlər:



Xəbər lenti