Ağstafada dağlıq ərazidə yanğın baş verib

Ağstafada dağlıq ərazidə yanğın baş verib
  26 Avqust 2025    Oxunub:434
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonu, Dağ Kəsəmənli, Ağköynək və Yuxarı Göycəli kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Yuxarı Göycəli kəndi istiqamətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda digər istiqamətlərdə yanğınların söndürülməsi əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti