Salyanda çörəkbişirmə sexi yanıb

Salyanda çörəkbişirmə sexi yanıb
  26 Avqust 2025    Oxunub:1203
Salyan rayonunun ərazisində çörəkbişirmə sexi yanıb.
Hadisə Salyan şəhərindən rayonun Arbatan kəndinə gedən yolun kənarında – Eynulla Səmədağa oğlu Feyzullayevə məxsus çörək sexində baş verib.

Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və və canlı qüvvəsi hadisə yerinə cəlb edilib, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti