Bəzi ərazilərdə qaz olmayacaq

   Bəzi ərazilərdə qaz olmayacaq
  25 Avqust 2025    Oxunub:831
Sumqayıt şəhərinin 6-cı mikrorayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib ki, saat 10:00-dan işlər tamamlanana qədər 4 000 abonentin qaz verilişi dayandırılacaq.

Buna səbəb həmin ərazidə mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı texniki işlərin aparılmasıdır.

AzVision.az




Teqlər:



Xəbər lenti