Bank kartlarından oğurluq edənlər ələ keçdi

Bank kartlarından oğurluq edənlər ələ keçdi
  23 Avqust 2025    Oxunub:1403
Paytaxt sakini olan iki nəfərin bank kartından, ümumilikdə 3900 manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.


AzVision.az


Teqlər:



Xəbər lenti