Beynəlxalq poçt göndərişlərinin həcmi artıb

Beynəlxalq poçt göndərişlərinin həcmi artıb
  23 Avqust 2025    Oxunub:1152
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 44 milyon 723,08 min ABŞ dolları, həcmi isə 167,32 ton təşkil edib.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,4% və 7,8% çoxdur.

7 ay ərzində Azərbaycana xarici ölkələrdən 42 milyon 789,29 min ABŞ dolları dəyərində 162,41 ton poçt göndərişi idxal edilib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 12,8% və 7,1% çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə 1 milyon 933,78 min ABŞ dolları dəyərində 4,91 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə 4,4% və 1,4 dəfə çoxdur.

AzVision.az


Teqlər: poçt  



Xəbər lenti