Bakıda 12 yaşlı oğlan xüsusi amansızlıqla döyülüb

Bakıda 12 yaşlı oğlan xüsusi amansızlıqla döyülüb
  23 Avqust 2025    Oxunub:1434
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki Albalılıq yaşayış massivində xüsusi amansızlıqla döyülən yeniyetmənin dalağı partlayıb.
AzVision.az xəbər verir ki, əqli inkişafdan geri qalan 2008-ci il təvəllüdlü Məsud Ağayev (soyadı şərtidir) özündən kiçik oğlanlarla söhbət edib, onlarla danışıb. 9-cu sinfə qədər internat məktəbində böyüyən Məsudu anası evə gətirib və məhəllələrindəki oğlanlarla münasibət qurmağa icazə verib.

Məsud məhəllədə özündən yaşca balaca olan Elgünlə tanış olub və onunla münasibət qurub. Bir müddət sonra Məsud məhəllədəki Anar və Xəyal adlı azyaşlılara pul verərək, mağazadan nəsə almağı xahiş edib. Azyaşlılar mağazaya getmək istəsələr də, Elgün onlara – “getməyin, o gicdir, internatda böyüyüb”, - deyib.

Elgünün bu sözünə əsəbiləşən Məsud onu vuraraq oturduğu velosipeddən yıxıb. Daha sonra o, Elgünü yerdə təpikləyib.

Elgün aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib və məlum olub ki, azyaşlının dalağı partlayıb. Əməliyyat yolu ilə Elgünün dalağı kəsilərək bədənindən xaric edilib.

Faktla bağlı cinayət işi başlanıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə M.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə onun xəstə və yeniyetmə olduğunu nəzərə alaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzasını şərti sayıb.

AzVision.az


Teqlər: Bakı   döyülmə  



Xəbər lenti