Oğuzda şəhid ailələrini və qaziləri aldadan qadın saxlanılıb

Oğuzda şəhid ailələrini və qaziləri aldadan qadın saxlanılıb
  23 Avqust 2025    Oxunub:1245
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum olunmuş Nəzakət Məhərrəmova saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına əsasən, Nəzakət Məhərrəmova “Tiktok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib.

Əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib. Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: DİN   dələduzluq  



Xəbər lenti