Bişkek London və Vaşinqtonu ittiham edib
“Onlar görürlər ki, Qırğızıstan iqtisadiyyatı yüksək templə inkişaf edir. Məsələn, bizim ÜDM 11,7% artıb, MDB ölkələri arasında ön sıralardayıq. Düşünürəm ki, buna görə təzyiq altındayıq”, - Qırğızıstan lideri bildirib.
Sadır Japarov ABŞ və Böyük Britaniya liderlərini Starmeri “iqtisadiyyatı siyasiləşdirməməyə” çağırıb.
- Təkcə İngiltərəyə hər il milyard dollar dəyərində qızıl satırıq. Bu reallıq fonunda bizə qarşı belə münasibəti ədalətli adlandırmaq olmaz”, - Qırğızıstan prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Qərb ölkələri Bişkekin Rusiyaya qarşı sanksiyaları pozması ilə bağlı heç bir fakt təqdim edə bilməz və “Keremet Bank”ın rublla bütün əməliyyatları dövlət nəzarəti altında həyata keçirilir.
“Rusiyada hər gün bura milyardlarla rubl köçürən 1 milyona yaxın miqrantımız var. Bu vəsaitlərin konertasiyası və onlara çıxış təmin olunmalıdır”, - Sadır Japarov diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Bişkek Vaşinqton London







Vaxtında, Aydın, Lazımlı!


