Aİ Zəngəzur dəhlizi layihəsinin detallarını gözləyir

   Aİ Zəngəzur dəhlizi layihəsinin detallarını  gözləyir
  21 Avqust 2025    Oxunub:1332
Avropa İttifaqı (Aİ) regional inteqrasiyanı gücləndirə biləcək nəqliyyat marşrutlarına böyük diqqət yetirir. Bu baxımdan, Aİ hələlik Zəngəzur dəhlizi layihəsinin (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP)) təfərrüatlarının açılanmasını gözləyir.
AzVision.az xəbər verir ki, Avropa Komissiyasının (AK) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper belə deyib.

“Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Vaşinqtonda keçirilən sammitdən sonra Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri ilə apardığı müzakirələrdə əldə olunmuş razılaşmaların, o cümlədən nəqliyyat əlaqəsi məsələlərinin praktiki həyata keçirilməsi üçün Aİ-nin dəstəyini və təcrübəsini təklif edib”, - avropalı məmur bildirib.

Anita Hipperin sözlərinə görə, Aİ əməkdaşlığın yeni sahələrini müəyyənləşdirmək və münasibətlərin normallaşması prosesinə Brüsselin dəstəyini göstərmək məqsədilə Bakı və İrəvanla gələcək müzakirələri davam etdirəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zəngəzur   dəhliz  



Xəbər lenti