Ukraynanın təhlükəsizliyi üçün 4 variant

   Ukraynanın təhlükəsizliyi üçün 4 variant
  21 Avqust 2025    Oxunub:1430
ABŞ və Avropanın Ukraynanın təhlükəsilziyinə zəmanət verə biləcək dörd variantı var.
AzVision.az Böyük Britaniyanın “The Times” nəşrinə istinadən xəbər verir ki, silahlı qüvvələrin rəhbərləri ABŞ tərəfindən dəstəklənə biləcək Avropanın zəmanətləri planını on gün müddətinə hazırlayacaqlar.

Birinci variant Ukrayna torpaqlarında qoşunların hazırlanmasını nəzərdə tutur. Britaniya və Fransa Ukrayna ordusuna ölkənin qərbində, Lvov yaxınlığında təlim keçmək üçün minlərlə hərbçi göndərə bilər. Bunun üçün Kiyevdə, həmçinin britaniyalı hərbçinin başçılıq etdiyi koordinasiya mərkəzi yaradılacaq. Eyni zamanda, Avropa Ukraynanı silahla təminatını davam etdirəcək. Bundan əlavə, ölkə səmasında “hava patrulları” - “Tayfun” və ya “F-35” təyyarələri patrul xidməti göstərəcəklər. ABŞ Ukraynaya həm hərbi, həm də kəşfiyyat dəstəyi verə bilər.

İkinci varianta əsasən, Avropa Ukraynaya qoşun yeritməkdə tərəddüd edəcəyi halda ABŞ məhdud təhlükəsizlik zəmanəti verməlidir. Onda “İstəklilər koalisiyası” havadan patrul xidmətinə diqqət yetirəcək. Onlar həmçinin uçuşlara qadağa zonası tətbiq edə bilərlər.

Üçüncü variant NATO Nizamnaməsinin 5-ci maddəsində olduğu kimi Ukraynanı kollektiv təhlükəsizliklə təmin edə bilərdi. Bu maddəyə əsasən, alyansın bir üzvünə hücum bütün üzvlərə hücum hesab olunur.

Ukraynanın təhülkəsizliyi üçün Moskvanın təklifi | VİDEO
Dördüncü variant ABŞ-nin Cənubi Koreya və ya Yaponiya ilə ittifaqına bənzər təhlükəsizlik alyansı yaratmaqdır. 1960-cı ildə imzalanmış Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi ABŞ-nin üzərinə Yaponiyanı müdafiə etmək öhdəliyini qoyur. Bu, həmçinin ABŞ hərbi bazalarının Yaponiya ərazisində olmasına imkan verir.

Qeyd edək ki, sülh sazişinin bir hissəsi kimi Ukrayna təhlükəsizlik zəmanəti istəyir. “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, bu zəmanətlər dörd komponentdən ibarət olacaq: hərbi mövcudluq, hava hücumundan müdafiə, silahlar və hərbi əməliyyatların dayandırılmasının monitorinqi. Vaşinqton, öz növbəsində, Amerika qoşunlarının Ukraynada olmayacağını açıqlayıb, lakin onun havadan dəstəyi mümkün variantlardan biridir.

Lakin Ukrayna ərazisində istənilən kənar hərbi kontingentin əleyhinə çıxan Moskva Ukraynanın təhlükəsizliyinin təminatı üçün öz variantını təklif edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ukrayna   təhlükəsizlik  



Xəbər lenti