Papa Livana gedəcək

   Papa Livana gedəcək
  20 Avqust 2025    Oxunub:946
Papa XIV Leonun Livana səfəri planlaşdırır.
Britaniyanın "Reuters" xəbər agentliyinin Müqəddəs Taxt-Tacdakı mənbəyə istinadən yaydığı məlumata görə, səfər baş tutarsa, bu, yeni Papanın ilk xarici səfəri sayılacaq.

Maruni Kilsəsinin kardinalı Bişarə Rai Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, XIV Leonun səfəri cari ilin dekabr ayınadək baş tuta bilər: "Hazırda Papanın gəlişi üçün hazırlıqlar görülür".

Livan hökumətinin rəsmi nümayəndəsi də yayılan xəbəri təsdiqləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Papa   Livan   səfər  



Xəbər lenti