"Çünki Rusiya büdcəsi tarixin ən böyük kəsiri ilə üzləşib. Rusiya Silahlı Qüvvələri nəinki cəbhədə hücuma keçə bilmir, hətta Ukrayna Ordusunun həmlələrinə tuş gəlir. Belə bir şəraitdə Vladimir Putin müharibədən zahirən məğlub qismində çıxmamağa çalışır", – Saakaşvili vurğulayıb.
Onun sözlərinə görə, bu, istənilən halda Rusiyanın əsrlər boyu ən böyük məğlubiyyətidir: "Belə bir vəziyyət regionumuzda istər-istəməz böyük dəyişikliklərə gətirib çıxaracaq".
|
| London Zelenskini devirməyə çalışır? |
Digər tərəfdən, Britaniyanın Seçki Komissiyası bəyanat yayıb ki, Ukraynanın şərqində hərbi əməliyyatlar başa çatanda, Rusiya ilə münaqişə öz həllini tapanda rəsmi Kiyevə seçkilərin keçirilməsi çərçivəsində "öz yardımını göstərməyə" hazırdır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti rəsmi surətdə 2024-cü il mayın 20-də başa çatıb. Ölkədəki müharibə şəraiti əsas gətirilərək, həmin vaxtdan bəri prezident seçkiləri keçirilməyib. Maraqlıdır, Volodimir Zelenski özü də vurğulayıb ki, "qeyri-legitim prezidentliyindən narahatlıq duymur".
Belə bir şəraitdə istisna deyil ki, Britaniyanın Ukraynadakı gələcək prezident seçkilərinə birbaşa müdaxilə ehtimalı "Volodimir Zelenskini dolayı yolla devirmək" cəhdidir. Hərçənd digər tərəfdən, London Kiyevin ən böyük dəstəkçilərindən sayılır, ancaq Londonun seçkiləri hallandırması göstərir ki, ingilislər də V.Zelenskini, əslində, qeyri-legimit prezident sayırlar. Moskvanın da oxşar yanaşması çərçivəsində Britaniyanın bu "töhfə"si maraqlı görünür. Xüsusilə də Vladimir Putinlə ukraynalı həmkarının görüşə biləcəkləri xəbərlərinin yayılması fonunda bu məsələdə Moskva və London arasında mümkün gizli anlaşma ehtimalı ağla gəlir.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


